Həsənağa Qənbərov 

 

 

 

29.08.1949-cu ildə anadan olub.
Tibb Universitetinin Pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının dosenti, tibb elmləri namizədi olmuşdur.
1968-1974-ci illərdə Tibb Universitetini bitirib.
1975-1978-çi illərdə Çita vilayyətinin Nerçinsk şəhərində hərbi həkim işləyib.
1982-ci ildə SSR-i Tibb Elmləri Akademiyasının Revmatologiya İnstitutunda «Revmatizm vя Revmatoidli artriti olan xəstələrin ürəyinin funksional vəziyyətinə bir sıra antirevmatik dərmanların təsiri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1989-cu ildən dosent işləyib.
Dünyanın müxtəlif ölkələrində (Türkiyə, Almaniya, İngiltərə, İtaliya, İspaniya, Çexoslavakiya, Rusiya, İran, Yaponiya) keçirilmiş 28-dək Beynalxalq regional və Respublika miqyaslı elmi konfransların iştirakçısı olub.
70-dən çox elmi əsərin, 2 ixtiranın, 1 dərs vəsaitinin, 2 metodik göstərişin müəllifidir.
2003-ci ildə «XXI əsrin tanınmış həkimi» beynalxalq diplomu və 2015-ci ildə «Azərbaycan ziyalısı» fərxi mükafatı ilə təltif olunub.
48 illik həkim təcrübəsinə malikdir – revmatoloqdur.
«Avropa kardioloqları» cəmiyyətinin üzvüdür.
«Biolab Tibb Mərkəzi»nin baş həkimidir.

 

Əlaqə nömrəsi: (050) 311-30-49.